Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin səkkiz regional turizm idarəsi olacaq. Prezident İlham Əliyev fevralın 8-də bununla bağlı fərman imzalayıb.

Fərmana əsasən, Dövlət Turizm Agentliyinin aşağıdakı regional turizm idarələri yaradılıb: Bakı-Abşeron Regional Turizm İdarəsi; Gəncə Regional Turizm İdarəsi; Şəki Regional Turizm İdarəsi; Lənkəran Regional Turizm İdarəsi; Mingəçevir Regional Turizm İdarəsi; Quba Regional Turizm İdarəsi; Qarabağ Regional Turizm İdarəsi;  İsmayıllı Regional Turizm İdarəsi.

Dövlət Turizm Agentliyinin işçilərinin say həddi cəmi 151 ştat vahidi olmaqla, Agentliyin Aparatı üzrə 63 ştat vahidi, regional turizm idarələri üzrə 88 ştat vahidi müəyyən edilib.