AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun strukturuna daxil olan Tarixi etnoqrafiya, Müasir dövr etnoqrafiyası və Türk xalqlarının etnoqrafiyası şöbələri bundan sonra Folklor İnstitutunun bölmələri kimi fəaliyyət göstərəcək.

Bu barədə AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu Elmi şurasının növbəti iclasında məlumat verilib. İnstitutun baş direktoru professor Abbas Seyidov bildirib ki, sözügedən şöbələr struktur və tədqiqat baxımından Folklor İnstitutuna daha uyğundur və müvafiq qərar qəbul olunub.

İnstitutda Atropatena dövrü arxeologiyası şöbəsinin yaradılması barədə müzakirələr gedib. Həmçinin Antropologiya Mərkəzinin tərkibində yeni Tarixi antropologiya sektorunun yaradılması barədə qərar qəbul olunub.

İclasda institutun keçirəcəyi Heydər Əliyevin 100 illiyinə həsr olunan konfransın gündəliyi, “Novruz ənənələri: qadın yaradıcı, qoruyucu və ötürücü kimi” mövzusunda konfrans və “Məhkəmə arxeologiyası və antropologiyası” adlı beynəlxalq elmi konfransa hazırlığın vəziyyəti müzakirə edilib.