Qobustan Milli Tarix-Bədii Qoruğunun və Dağçılıq İdman Klubunun birgə təşkilatçılığı ilə aprelin 23-də qoruq ərazisində növbəti “Gobustan Trail – 2023” cığır qaçışı yarışları keçiriləcək.

Qoruqdan bildirilib ki, budəfəki yarış Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunacaq.

Sağlam həyat tərzinin və Qobustan abidələrinin təbliği məqsədilə təşkil edilən ənənəvi yarışda təqdim olunun məsafələr Azərbaycanda ilk dəfə olaraq Beynəlxalq Treylranninq Təşkilatında (lTRA) qeydiyyatdan keçib və uzaq məsafələrin iştirakçıları xallar qazanacaq.