Bakı Xoreoqrafiya Akademiyasında (BXA) Novruz bayramı münasibətilə tədbir keçirilib. Tədbir çərçivəsində BXA-nın tam orta təhsil pilləsi şagirdlərinin əl işlərindən ibarət xeyriyyə yarmarkası təşkil olunub.

Yarmarkada şagirdlər tərəfindən hazırlanan müxtəlif növ şirniyyatlar, bayram sovqatları və digər əl işləri nümayiş etdirilib.

Şirniyyat və əl işlərinin satışından əldə olunan 940 manat “YAŞAT” Fonduna köçürülüb.