Azərbaycan

 

1 iyul 1893 – Tanınmış heykəltaraş, Azərbaycanın Əməkdar incəsənət xadimi, SSRİ Xalq rəssamı Pinxos (Pyotr) Vladimiroviç Sabsay (1893-1980) Odessada doğulub. 1926-cı ildən Bakıda yaşayıb. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində dərs deyib. M.F.Axundzadənin, əmək qəhrəmanları və mədəniyyət xadimlərinin heykəl və büstlərinin müəllifidir.

1 iyul 1925 – Ədəbiyyatşünas alim, professor Pənah İmran oğlu Xəlilov (1925-2019) Gürcüstanın Marneuli rayonunun Sadaxlı kəndində doğulub. “Azərbaycansovetədəbiyyatı tarixi” üçcildliyininhəmmüəllifidir. Rusdilindənədəbitərcümələredib.

1 iyul 1937 – Əməkdarmədəniyyətişçisi, aşıq İsfəndiyarAdiloğluRüstəmov (1937 – 9.2.2018) GədəbəyrayonununGərgərkəndində doğulub. Gədəbəydə ilkaşıqansamblını yaradıb, müxtəliffestivallardarespublikamızı təmsiledib.

1 iyul 1942 – Əməkdarjurnalist, filologiyaelmləridoktoruNəsirAbbasoğlu Əhmədli (1.7.1942 – 7.6.2022) TovuzrayonununAlakolkəndində doğulub. BDU-nunJurnalistikafakültəsininprofessoruolub.

1 iyul 2009 – Prezident İlham Əliyev “Atəşgahməbədi” DövlətTarix-MemarlıqQoruğununmühafizəsivə maddi-texnikitəminatı, ərazidə arxeolojitədqiqatişlərininaparılması və “Atəşgah” tariximuzeymərkəzininyaradılması ilə bağlı sərəncamimzalayıb.

 

2 iyul 1892 – Yazıçı, maarifvə mədəniyyətxadimiTağı Abbasoğlu Şahbazi (Simurğ; 1892-1937) Bakıdaanadanolub. RespublikaXalqmaarifkomissarınınmüavini, AzərbaycanDövlətUniversitetininrektoruişləyib. “Ağanınkənizi”, “Aldanmış ümid”, “Qayçı” və s. hekayələrinmüəllifidir. Repressiyaqurbanıdır.

2 iyul 1953 – ƏməkdarartistTofiq ƏşrəfoğluQаrаyev (1953 – 26.10.2013) Ağdamdadoğulub. AğdamDövlətDramTeatrınınaktyoruolub.

2 iyul 1953 – Əməkdarartist, müğənniMəhəbbətAllahverdioğluKazımov (1953 – 27.1.2014) Laçınrayonunun Çormankəndində doğulub. “Danulduzu” ansamblınınsolistiolub.

 

3 iyul 1940 – Tanınmış pianoçu, XalqartistiZöhrab ƏfrasiyaboğluAdıgözəlzadə (1940 – 24.5.2012) Bakıdadoğulub. Bakı MusiqiAkademiyasınınprofessoruolub, ƏskişəhərUniversitetinin (Türkiyə) DövlətKonservatoriyasındakafedramüdiriişləyib.

3 iyul 2000 – AşıqXaspoladGülablı (XaspoladSalmanoğluMirzalıyev; 1919-2000) vəfatedib.

 

4 iyul 1928 – Tarixelmləridoktoru, professor, ƏməkdarelmxadimiKamranNəbioğluRəhimov (1928 – 4.7.2007) NaxçıvanMR ŞərurrayonununQarabağlarkəndində doğulub. Maarifnaziri (1983-1988), AliSovetindeputatı (1990-1995) olub.

 

5 iyul 1851 – Publisist, alimvə ictimaixadim İsasultanNəcəfquluoğlu Şahtaxtinski (1851 – 18.10.1894) İrəvandaanadanolub. “Tiflisskivestnik” qəzetində şöbə müdiri, “Kavkazskialmanax”ıntəsisçisi, naşirivə redaktoruolub.

5 iyul 1928 – Əməkdarartist Əzizağa (Ağababa) QasımoğluQasımov (1928 – 18.2.1985) Bakıdadoğulub. AzərbaycanDövlətMusiqiliKomediyaTeatrınınaktyoruolub, filmlərə çəkilib. 

5 iyul 2003 – PrezidentHeydər ƏliyevAşıq Şəmşirin 110 illikyubileyininkeçirilməsihaqqındasərəncamimzalayıb.

5 iyul 2018 – Prezident İlham ƏliyevSumqayıtDövlətDramTeatrının 50 illiyihaqqındasərəncamimzalayıb. Teatrınyubileyi 2018-ciiloktyabrın 30-datəntənəli şəkildə qeydedildi.

 

6 iyul 1918 – Yazıçı-tərcüməçi Şəfiqə Əliqızı Ağayeva (1918-1983) Ağdamdaanadanolub. Azərbaycanuşaqədəbiyyatınıninkişafınatöhfələrverib. Rusyazıçılarınınuşaqvə yeniyetmələr üçünhekayə və povestlərinidilimizə tərcümə edib.

6 iyul 1947 – Əməkdarmədəniyyətişçisi, kinotəşkilatçısı XanlarDaşdəmiroğluCəfərov (1947-2016) anadanolub.

 

nya

 

1 iyul 1646 - Alman idealist filosofu, tarixçi, dilçi və riyaziyyatçı Qotfrid Vilhelm Leybnis (Gottfried Wilhelm Leibniz; 1646-1716) anadan olub.

1 iyul 1804 – Fransız yazıçısı Jorj Sand (George Sand (əsl adı: Amandina Avrora Düpen – Amantine-Aurore-Lucile Dupin de Francueil); 1804-1876) anadan olub. Romanları: “Roz və Blanş”, “İndiana”, “Konsuelo” və s.

1 iyul 1902 – Amerika rejissoru Vilyam Vayler (William Wyler; 1902-1981) anadan olub. “Roma tətili”, “Həyatımın ən yaxşı illəri” və s. filmləri çəkib, üç dəfə “Oskar”a layiq görülüb.

1 iyul 1909 – Gürcü aktyoru, SSRİ Xalq artisti Serqo Zakariadze (1909-1971) Bakıda doğulub. “Keto və Kote”, “Əsgər atası” və s. filmlərdə çəkilib.

 

2 iyul 1714 – Alman bəstəkarı Kristof Villibald Qlük (Christoph Willibald Ritter von Gluck; 1714-1787) anadan olub. “Orfey və Evridika”, “Paris və Yelena”, “İfigeniya Tavridada” və s. operaların müəllifidir.

2 iyul 1877 – Alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1946) Herman Hesse (Hermann Hesse; 1877-1962) anadan olub. Əsərləri: “Təkər altında”, “Çöl canavarı”, “Şərq ölkəsinə ziyarət”, “Muncuq oyunu” və s.

2 iyul 1923 – Polyak şairi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1996) Vislava Şimborska (Wislawa Szymborska; 1923 – 1.2.2012) anadan olub. “Son və əvvəl”, “Yüz ...” və s. kitabların müəllifidir.

2 iyul 1961 – Görkəmli Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1954) laureatı Ernest Heminquey (Ernest Miller Hemingway; 21.7.1899 – 1961) vəfat edib.

 

3 iyul 1883 – Yəhudi əsilli çex-alman yazıçısı, filosof Frans Kafka (Franz Kafka; 1883 – 3.6.1924) Praqada doğulub. Əsərləri:  “Bir xanımın xülasəsi”, “İtaətkarla söhbət”, “Çevrilmə”, “Qəsr”, “Kənd həkimi” və s.

3 iyul 1908 – Fransız yazıçısı və ssenaristi Toma Narsejak (Thomas Narcejac, əsl adı Pierre Robert Ayraud; 1908-1998) anadan olub.

 

4 iyul 1918 – Rus filosofu, kulturoloq, “Mədəniyyətlərin dialoqu” konsepsiyasının müəllifi Vladimir Bibler (1918-2000) anadan olub.

4 iyul 1927 – Amerika dramaturqu və ssenaristi Nil Saymon (Marvin Neil Simon; 1927-2018) anadan olub. “Qəribə cütlük”, “Parkda ayaqyalın” və s. komediyaları ilə məşhurlaşıb.

4 iyul 1927 – Dünya şöhrətli italyan aktrisası Cina Lollobricida (Gina Lollobrigida; 1927 – 16.1.2023) anadan olub. Məşhur filmləri: “Fanfan-zanbaq”, “Gecə gözəlləri”, “Paris Notr-Dam kilsəsi” və s.

 

5 iyul 1812 – İspan yazıçı-dramaturqu Antonio Qarsia Qutteres (Antonio Garcia Gutierrez; 1812-1884) anadan olub. Dramaturqun “Trubadur” pyesi əsasında italyan bəstəkarı Cüzeppe Verdi eyniadlı opera yazıb.

5 iyul 1889 – Fransız yazıçısı, rəssam, teatr nəzəriyyəçisi Jan Kokto (Jean Maurice Eugene Clement Cocteau; 1889-1963) anadan olub. “Əllamə Toma”, “Ədəbsiz uşaqlar” romanlarının, “Antiqona”, “Orfey” pyeslərinin müəllifidir.

5 iyul 1901 – SSRİ Xalq artisti, rejissor, aktyor, rəssam, yazıçı Sergey Obraztsov (1901-1992) anadan olub. Uzun illər Moskvada Mərkəzi Kukla Teatrına rəhbərlik edib.

 

6 iyul 1859 – İsveç şairi və yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1916) Karl Qustav Verner fon Heydenstam (Carl Gustaf Verner von Heidenstam; 1859-1940) anadan olub. Əsərləri: “Endimion”, “XII Karlın döyüşçüləri” və s.

6 iyul 1887 – Yəhudi əsilli rus-fransız rəssamı Mark Zaxaroviç Şaqal (Xaskeleviç; 1887-1985) anadan olub. Rəngkarlıq və qrafika əsərləri ilə bədii avanqardın ən tanınmış simalarından biridir.

Hazırladı: V.Orxan