Rejissor Asif Rüstəmovun “Mərmər soyuğu” filmi 15-21 iyul tarixlərində Serbiyada keçirilən 30-cu Paliç Avropa Film Festivalında “Münsiflər heyətinin xüsusi mükafatı”na layiq görülüb.

Festivalın münsifləri ekran əsərini cəmiyyətdə yaşanan bir nəslin travmasını əks etdirən film kimi dəyərləndiriblər.

Qeyd edək ki, “Azərbaycanfilm” kinostudiyası, İctimai Televiziya, Bakı Media Mərkəzi və Fransanın “Arizona Films” şirkətlərinin birgə istehsalı olan “Mərmər soyuğu” filmi Mədəniyyət Nazirliyinin dəstəyi ilə ərsəyə gəlib.

Filmin baş prodüseri Arzu Əliyeva, ssenari müəllifləri Asif Rüstəmov və Roelof Jan Minneboo, quruluşçu operatorları Oktay Namazov və Adil Abbasov, prodüserləri Fariz Əhmədov, Balakişi Qasımov, Orman Əliyev və Guillaume de Seille, kreativ prodüseri İradə Bağırzadə, quruluşçu rəssamı Rafiq Nəsirovdur. Əsas rollarda Xalq artisti Qurban İsmayılov, aktyorlar Elşən Əsgərov və Natəvan Abbaslı çəkiliblər.