Müstəqillik tariximizin ən böyük incəsənət layihələrindən olan Uşaq İncəsənət Festivalının final mərhələsi 1-9 sentyabr tarixlərində Bakıda keçirilir.
21 nominasiyanı əhatə edən festivalın final mərhələsi paytaxtda altı mədəniyyət müəssisəsində – M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Akademik Milli Dram Teatrı, Beynəlxalq Muğam Mərkəzi, Milli Xalça Muzeyi, Akademik Musiqili Teatrı və Dövlət Uşaq Filarmoniyasında gerçəkləşir.
Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi festivalın baş sponsoru “BP Azerbaijan” şirkətidir.
Üç yaş qrupu (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) üzrə keçirilən festivala respublikanın bütün rayon və şəhərlərindən 27 minədək müraciət olmuşdu. Peşəkar və həvəskar kateqoriyaları üzrə təşkil olunan festivalın birinci mərhələsi aprel-iyun, II mərhələsi isə iyul-avqust aylarını əhatə edib.
Nurəddin