Azərbaycan rejissoru Nəzrin Ağamalıyevanın “Hədis” animasiya filmi bu günlərdə Qazaxıstanın Almatı şəhərində keçirilən animasiya festivalının (“Almaty Animation Festival”) müsabiqə proqramında iştirak edib. Film “Ən yaxşı vizual həll” mükafatına layiq görülüb.

Animasiya festivalı VIII Beynəlxalq Baiqonur kinofestivalı çərçivəsində keçirilib. “Ən yaxşı animasiya filmi” nominasiyasında Rusiya-Kanada-Fransa istehsalı olan “Bəmbəyaz gün” qalib gəlib. Münsiflər heyətinin “Xüsusi mükafat”ı isə “Metamorfozlar” (Qazaxıstan) filminə verilib.