Lerik rayon Mədəniyyət Mərkəzində Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş gənc müəllimlər arasında “Xəmsə” intellektual oyunu təşkil edilib.

Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Lerik rayonu üzrə Gənclər və idman sektoru, Lerik rayon Uşaq-gənclər inkişaf mərkəzi və rayon Mədəniyyət Mərkəzinin birgə təşkil etdiyi bilik yarışı iki mərhələdən ibarət olub. Birinci mərhələ sentyabrın 3-də, ikinci mərhələ isə sentyabrın 8-də keçirilib.

***

Zəngilan rayon Mədəniyyət evi (Sumqayıt şəhərində müvəqqəti yerləşir) və Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Heydər Əliyev İli”nə həsr olunmuş tədbir keçirilib.  Tədbirdə “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı videoçarx nümayiş olunub. Qeyd edilib ki, Azərbaycan mədəniyyəti, incəsənəti həmişə Ulu öndərin diqqət və qayğısı ilə əhatə olunub. Heydər Əliyev bəstəkar, memar, rəssam, şair və ədiblərin yaradıcılığı ilə maraqlanıb, onlardan öz dəstəyini əsirgəməyib.

N.Məmmədli