Bakı, Şəki və Lənkəran şəhərlərində 15-22 sentyabr tarixlərində keçirilən IV “Sevil” Beynəlxalq Qadın Sənədli Film Festivalına yekun vurulub.

Sentyabrın 22-də “Landmark Ratunda hall”da festivalın qalibləri elan edilib.

“Yerli qısametrajlı sənədli film” nominasiyasında rejissor Nəzrin Ağamalıyevanın “Hədis” filmi qalib adını qazanıb. Bu nominasiyada münsiflərin xüsusi mükafatına Aynur Elgünəşin “Çinar ağacının kölgəsində” filmi layiq görülüb.

“Beynəlxalq qısametrajlı sənədli film” nominasiyasında Slovakiyadan Sona Notovanın “Qadının doğuluşu” filmi qalib olub. Bu nominasiyada xüsusi mükafatı isə polşalı rejissor Olga Hajnoszun “Bu elə bir sevgidir ki...” filmi qazanıb.

“Tammetrajlı sənədli film” nominasiyasında gürcü Anna Dziapşipanın “Sərhəd boyunca avtoportret” filmi birinci olub. Eyni nominasiyada münsiflərin xüsusi mükafatı Leyla Cəfərovanın “Bəlkələrlə yaşayırıq: müharibə sonrası itkin düşmüş şəxslərin axtarışında” filminə verilib.

Festival çərçivəsində gerçəkləşən “Dok Atelye” vorkşopunda isə 8 layihə arasından Ceylan Əmirəliyeva və Levi Angelin “Yaxşı səhərlər” və Gülarə İsmayılova ilə Səhər Cahanın “Süpürgə boğan” layihələri qalib olub.

Lalə