8-11 oktyabr tarixlərində Bakıda keçirilən III “Korkut Ata” Türk Dünyası Film Festivalı davam edir.

Oktyabrın 10-da festivalda iştirak edən bir qrup türkiyəli kinematoqrafçı Azərbaycan Dövlət Film Fondunun qonağı olub.

Qonaqlara fondun yaranma tarixi, fəaliyyəti, filmlərin qorunub saxlanılması və bərpası haqqında ətraflı məlumat verilib.

Sonra qonaqlar “Artefaktlar muzeyi”nə baxış keçirib, Dövlət Film Fondunda saxlanılan Türkiyə, eləcə də Türk dünyası kinematoqrafiyasına aid film və arxiv materialları ilə tanış olublar.

Sonda Azərbaycan və Türkiyə kinosunun qarşılıqlı təbliği və arxiv mübadiləsi ilə bağlı müzakirə aparılıb.