Mədəniyyət ocaqlarında tədbirlər

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Heydər Əliyev Mərkəzində Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “Müasir, müstəqil və qalib Azərbaycan” adlı tədbir keçirilib.

Çıxış edənlər Müstəqilliyin Bərpası Gününün tarixindən və Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsi ilə dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsindən danışıb. Bildirilib ki, Azərbaycanın bugünkü uğurlarının təməlində Heydər Əliyevin siyasi xətti dayanır. 44 günlük Vətən müharibəsi zamanı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ordumuzun Qələbəsi müstəqil respublikamızın tarixinə yazılan ən parlaq səhifələrdəndir.

Sonda “Azərbaycançılıq ideologiyasının formalaşmasında Heydər Əliyevin rolu” adlı məruzə dinlənilib.

***

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında da əlamətdar günlə bağlı “Müstəqilliyimiz tarixi sərvətimizdir!” adlı tədbir keçirilib.

Çıxış edənlər dövlət müstəqilliyimizin əhəmiyyətindən, Azərbaycanın siyasi, iqtisadi və mədəni sahələrdə qazandığı nailiyyətlərdən söz açıblar.

Sonda mövzu ilə əlaqədar hazırlanmış sərgiyə baxış keçirilib.