Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi, Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyinin dəstəyi ilə regionlara teatrların qastrol aksiyası davam edir.

Oktyabrın 23-də Yuğ Dövlət Teatrının təqdimatında Sabirabad rayon Mədəniyyət Mərkəzində “Toy dəsgahı” tamaşası nümayiş olunub.

Görkəmli yazıçı və dramaturq Cəlil Məmmədquluzadənin “Çay dəsgahı” alleqorik pyesi əsasında hazırlanan tamaşaya rejissor Günay Səttar quruluş verib. Rolları Vüqar Hacıyev, Təranə Ocaqverdiyeva, Oqtay Mehdiyev, Amid Qasımov, Elgün Həmidov, Günəş Tegin və Nigar Mürsəlova ifa edirlər.

Tamaşanı rayon rəhbərliyi, müəssisə və təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri və mədəniyyət işçiləri izləyiblər.

Səhnə əsəri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.