Şanlı Zəfərin üçüncü ildönümü münasibətilə

 

Bakı Uşaq və Gənclər Teatrı Vətən müharibəsində Qələbəmizin üçüncü ildönümü münasibətilə “Bir teatr – bir festival” layihəsi çərçivəsində “3+3=7” festivalını keçirir.

Mədəniyyət Nazirliyi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstək verdiyi festival 1-3 noyabr tarixlərində keçiriləcək.

Proqrama daxil edilən səhnə nümunələri Azərbaycan Teatr Xadimləri İttifaqında (ATXİ), eləcə də Akademik Milli Dram, Akademik Musiqili və Gənc Tamaşaçılar teatrlarında nümayiş olunacaq.

Teatr prosesinə dəstək vermək və tamaşaçıların teatrlarla ünsiyyətini artırmaq məqsədi daşıyan festivalın proqramı zəngindir.

Akademik Milli Dram Teatrı “Küknarlara məktub”, Akademik Musiqili Teatr “Bir nəfəs qədər”, Gənc Tamaşaçılar Teatrı “İnanıram”, Azərbaycan Dövlət Kukla Teatrı “Müsyö Jordan və dərviş Məstəli şah” (marionet tamaşa), Lənkəran Dövlət Dram Teatrı “Haqqın 44 günü”, Mingəçevir Dövlət Dram Teatrı “Adsız”, Bakı Uşaq və Gənclər Teatrı isə “Son nəfəsə qədər”, “Cənnətə bilet” və “Vətən” tamaşalarını təqdim edəcəklər.

Festivalın açılış (1 noyabr) və bağlanış mərasimləri (3 noyabr) ATXİ-nin əsas zalında olacaq.

***

Festivalın proqramı:

1 noyabr

11:00. “İnanıram” – GTT. Müəllif: Ülviyyə Heydərova, rejissor: Elşad Rəhimzadə. 44 dəq. GTT zalı.

16:30. “Son nəfəsə qədər” – BUGT. Müəllif-rejissor: Könül Şahbazova-Qasımova. 12 dəq. ATXİ zalı.

17:00. "Müsyo Jordan" – Kukla Teatrı. Müəllif: M. F. Axundzadə, rejissor: Aleksandr Maksimov (bərpa edən: Elxan İsmayılov). 20 dəq. ATXİ zalı.

 

2 noyabr

17:00. "Cənnətə bilet" – BUGT.  Müəllif-rejissor: İlhamə Əhmədova. 44 dəq. ATXİ zalı.

19:00. "Küknarlara məktub" – ADAMDT. Müəllif: Qoderzi Çoxeli, rejissor: Nigar Güləhmədova. 55 dəq. ADAMDT A.M.Şərifzadə səhnəsi

 

3 noyabr

15:00. "Bir nəfəs qədər" – ADAMT. İdeya müəllifi: Əliqismət Lalayev, rejissor: Samir Qulamov. 70 dəq. ADAMT səhnəsi.

17:00. "Adsız" – MDDT. Müəllif: Aygün Həsənoğlu, rejissor: Vüsal Mehrəliyev. 33 dəq. ATXİ zalı

18:00. "Haqqın 44 günü" – LDDT. Müəllif-rejissor: Anar Babalı. 45 dəq. ATXİ zalı.

19:00."Vətən" – BUGT. 12 dəq. İdeya müəllifi-rejissor: İntiqam Soltan. ATXİ zalı.

19:15. Bağlanış. ATXİ zalı.