Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında cari teatr mövsümünün ilk premyerası olub. Ötən həftəsonu teatr böyük rus dramaturqu A.P.Çexovun “Albalı bağı” pyesini sənətsevərlərə təqdim edib.
Müəllifin son dram əsəri olan “Albalı bağı” özündə keçmişlə gələcəyin, köhnəliklə yeniliyin qarşıdurmasını əks etdirir. Teatrın baş rejissoru Xalq artisti Aleksandr Şarovskinin quruluş verdiyi tamaşada Xalq artistləri Natalya Şarovskaya (Ranevskaya), Fuad Osmanov (Qayev), Ayan Mirqasımova (Şarlotta), Əməkdar artistlər Mariya Dubovitskaya (Anya), Murad Məmmədov (Lopatin), Teymur Rəhimov (Trofimov), Yuri Omelçenko (Yepixodov), Həcər Ağayeva (Dunyaşa), Salman Bayramov (Firs), aktyorlar Rüstəm Kərimov (Çexov), Olqa Arsentyeva (Varya), Rüfət Nəzərov (Simeonov-Pişşik) və başqaları məşğuldur.
Tamaşada Anar Yusufov, Yevgeni Sokolovski, Çarli Çaplin və Cüzeppe Verdinin musiqilərindən istifadə edilib.