Abşeron rayon Mədəniyyət Mərkəzində (Xırdalan şəhəri) Xalq artisti Şükufə Musayevanın Asif Kəngərlinin “Bəla” əsəri əsasında hazırladığı eyniadlı tamaşa nümayiş olunub.

Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin yaratdığı problem və fəsadları əks etdirən tamaşa izləyicilərin alqışları ilə qarşılanıb. Tamaşanın nümayişindən sonra çıxış edən Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizə tədbirlərindən danışıb, tamaşanı ərsəyə gətirən kollektivə uğurlar arzulayıb.