Ağdaş rayon Heydər Əliyev Mərkəzində Ağdaşda ilk kitabxananın yaranmasının 100 illiyi ilə əlaqədar tədbir təşkil olunub.

Tədbirdə Mərkəzi Aran RMİ-nin rəisi Aydın Bəşirov, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin rəisi Elçin Kərimov, rayon İcra Hakimiyyəti və digər təşkilatların nümayəndələri iştirak ediblər.

Çıxış edənlər Ağdaşda və respublikamızda kitabxanaların yaranma tarixindən və inkişaf yolundan söz açıblar.

Kərim Tahirov Milli Kitabxananın nəşri olan bir neçə kitabı Ağdaş rayon Mərkəzi Kitabxanasına hədiyyə edib.

Bədii hissədə rayon Mədəniyyət Mərkəzi, Ağdaş şəhər Habil Əliyev adına 1 nömrəli Uşaq musiqi məktəbinin kollektivləri və məktəblilərin ifasında səhnəciklər, kompozisiyalar və musiqi nömrələri təqdim olunub.

Nurəddin