IX Bakı Beynəlxalq Kitab Sərgisində türkiyəli yazıçı Ufuk Tufanın “Quruluş Osman” və “Ərtoğrul bəy və Qayılar” kitablarının təqdimatı da keçirilib.

“Ting” nəşriyyatında işıq üzü görən kitablar Qayı elinin qədim Türküstan torpaqlarından Anadoluya qədər uzanan köçündən, Osman Qazinin (1258-1326) dastana bənzər həyatından bəhs edir.

Nəşriyyatın direktoru, uşaq yazarı Çinarə Köçərli türkiyəli yazıçının “Dədə Qorqud” dastanından təsirlənərək yazdığı “Bamsı Beyrək divlər ölkəsində”, “Banuçiçək pərilər diyarında” nağıl kitablarını da nəşr etdiklərini diqqətə çatdırıb.

Tədbirin sonunda “Quruluş Osman” romanını oxuyan gənclər arasında sual-cavab keçirilərək onlara kitablar hədiyyə edilib.