Türk yazıçı-dramaturqu Tuncer Cücenoğlunun “Matruşka” pyesi əsasında Akademik Musiqili Teatrda “Qadınım” adlı tamaşa hazırlanır.  Musiqili melodramın quruluşçu rejissoru Prezident mükafatçısı İradə Gözəlovadır.

Türk retro musiqilərinin canlı ifa olunduğu tamaşa sevgi və ehtiras dolu iki aşiqin öz hissləri uğrunda sona qədər mübarizəsindən bəhs edir.

Tamaşada teatrın gənc aktyorlarından Əmrah Dadaşov və Gültac Əlili, teatrın xor və balet heyəti iştirak edirlər.  Plastik həll Əməkdar artist Nigar Şahmuradovaya aiddir, o həm də aktrisa kimi çıxış edəcək.

Quruluşçu rəssam Vüsal Rəhim, xormeyster Məlahət Qasımova, musiqi tərtibatçısı Əmrah Dadaşovdur, videogörüntüləri Murad Həsənov hazırlayıb.