Balakən rayon Mədəniyyət Mərkəzində “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar “Korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin gücləndirilməsi” başlığı altında dəyirmi masa keçirilib. Tədbirdə mövzu ilə bağlı iştirakçılar məlumatlandırılıb, bu yöndə müzakirələr aparılıb.

Qax rayon Heydər Əliyev Mərkəzində “Korrupsiyaya qarşı mübarizə yolları” adlı maarifləndirici söhbət təşkil olunub. Korrupsiyaya qarşı mübarizə haqqında, bu yöndə əldə edilmiş mühüm nailiyyətlər barədə məlumat verilib, müzakirə aparılıb. Sonda mövzu ilə bağlı videoçarx nümayiş olunub.

***

Ağstafa şəhər 1 saylı Folklor klubunda korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirici tədbir keçirilib. Çıxışlarda korrupsiya hüquq pozmaları, bu növ əməllərə görə tətbiq edilən məsuliyyət tədbirləri, korrupsiyanın ictimai və iqtisadi həyata neqativ təsirləri, korrupsiyaya şərait yaradan amillər və digər məsələlər barədə məlumat verilib. Tədbir iştirakçıları sonda “Korrupsiya ilə mübarizə hər kəsin işidir!” mövzusunda videoçarxı izləyiblər.

N.Məmmədli