Lənkəran Dövlət Dram Teatrında gənclərdən ibarət həvəskar aktyor qrupu ilə görüş olub. Direktor vəzifəsini icra edən İntiqam Hacılı görüşdə teatrın fəaliyyəti, kollektivə gənc istedadların cəlb olunması istiqamətində göstərilən səylərdən söz açıb.

Həvəskar aktyorlar qrupu tərəfindən Lənkəran Dövlət Dram Teatrının səhnəsində V.Siqarevin “Şeytan ailəsi” əsərinin motivləri əsasında tamaşanın hazırlanması ilə bağlı söhbət aparılıb. Maarifləndirici tamaşada məişət zorakılığı, narkomaniya, erkən nikahlarla mübarizə və digər məsələlər yer alıb.

Tamaşanın məşqləri yaxın günlərdə başlayacaq.

Zəfər Orucoğlu