Lənkəran şəhərindəki Heydər Əliyev parkında “Azərsun Holding”in təşkilatçılığı, şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Ən böyük qazan” adlı layihə çərçivəsində festival keçirilib.

Əvvəlcə qonaqlar tanınmış kulinar Əliheydər Məmmədovun hazırladığı müxtəlif növ plovlardan dadıblar.

Festival çərçivəsində müxtəlif əyləncəli oyunlar nümayiş olunub, müğənnilər Kazımcan, Elvin Babazadə, “RR Show Band” qrupu öz ifaları ilə rayon sakinlərinə  yaddaqalan anlar bəxş ediblər.

Festival boyu Azərbaycan Dövlət Rəqs Ansamblı tərəfindən müxtəlif rəqs nömrələri nümayiş etdirilib.

Nurəddin