Noyabrın 29-da AMEA-nın A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu və Türk Tarix Qurumunun birgə təşkilatçılığı ilə “Rəvandan İrəvana və Qərbi Azərbaycana” mövzusunda beynəlxalq konfrans keçirilib.

Tarix İnstitutunun icraçı direktoru tarix elmləri doktoru İlqar Niftəliyev açılış nitqində konfransın mövzusunun aktuallığından danışıb.

Türkiyəli professor Mehmet Akif Okur Türkiyə-Azərbaycan qardaşlığı bütün platformalarda özünü göstərdiyi kimi, bundan sonra da uğurla davam edəcəyini bildirib. Qeyd edib ki, bunun üçün tariximizin ortaq, birləşdirici hisslərini mənimsəmək lazımdır.

Sonra panel üzrə məruzələr dinlənilib. Professor Ali Sinan Bilgili “Rəvan Osmanlı sənədlərində”, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Qafarova “İrəvan şəhərinin bünövrəsinin qoyulması tarixindən”, professor Cihat Aydoğmuşoğlu “Rəvan XVII əsrdə”, dosent Zülkif Dağlı “Qanuninin Rəvan səfəri zamanı bölgənin sosial-mədəni quruluşu”, tarix üzrə fəlsəfə doktoru, dosent Elçin Qarayev “İrəvan şəhərinin maddi mədəniyyət abidələri (1748-1827)”, professor İbrahim Tellioğlu “Ermənilərin xəyali “böyük Ermənistan”ı”, dosent Ahmet Toksoy “Rus işğalının Rəvanda nəticələri” mövzusunda məruzələrlə çıxış ediblər.