Qazax Dövlət Dram Teatrında azərbaycanlı tamaşaçı auditoriyasına yaxşı tanış olan türkiyəli dramaturq Tuncer Cücenoğlunun “Dosya” əsəri əsasında eyniadlı tamaşa hazırlanır.

Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Xəzər Gəncəli, quruluşçu rəssamı Aysan Omarovadır.

Premyerası dekabrın sonuna nəzərdə tutulan səhnə işində rolları Əməkdar artist Hacı Hacıyev, aktyorlar Sərdar Rüstəm, Xanım Məmmədova, Aytac Cəfərova, Məlahət Süleymanova, Zəmanə Dərviş, Yusif Qoca və digərləri canlandırırlar.

Əsərdə cəmiyyətdəki mənfi xüsusiyyətlər, ələlxüsus da korrupsiyaya qarşı mübarizə ön plana çıxır. Rejissor tamaşaya kino elementləri də əlavə edib.

Həmidə