Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında dünyaşöhrətli müğənni, SSRİ-nin Xalq artisti Rəşid Behbudovun (1915 – 1989) anadan olmasının 108-ci ildönümü qeyd olunub.

Tədbirdə rəsmilər, ziyalılar, mədəniyyət, incəsənət xadimləri və görkəmli müğənninin parlaq sənətinin vurğunları iştirak ediblər.

Gecədə Gəncə Dövlət Filarmoniyasının Estrada ansamblı və Xalq çalğı alətləri orkestrinin müşayiəti ilə Anar Şuşalı, Kəmalə Tağızadə, Mehparə Cəfərova, Şaban Cəfərov, Tural Abdullayev, Rüstəm Cəfərov, Əli Məmmədovun ifasında Rəşid Behbudovun repertuarından mahnılar alqışlarla qarşılanıb.

Filarmoniyanın rəqqas və balet artistləri Aygün Məsimova, Mehriban Məmmədova, Fəridə Mustafayeva, Aytəkin Kərimli, Elçin Bənicəlali tərəfindən nümayiş etdirilən teatrlaşdırılmış rəqs nömrələri də tamaşaçıların böyük marağına səbəb olub.

Nurəddin