F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Gəncə və gəncəlilər” layihəsi çərçivəsində görkəmli Azərbaycan şairi və mütəfəkkiri Mirzə Şəfi Vazehin (1794-1852) anadan olmasının  230 illik yubileyi münasibətilə ədəbi-bədii gecə keçirilib.

Əvvəlcə qonaqlar filarmoniyanın foyesində Vazehin həyat və yaradıcılığını əks etdirən sərgi ilə tanış olublar.

Gecədə şairin qəzəlləri səsləndirilib, muğam-xoreoqrafik kompozisiya nümayiş etdirilib. Bütün çıxışlar tamaşaçılar tərəfindən hərarətlə qarşılanıb.

Nurəddin