Türkiyənin Gəncədəki baş konsulu Recep Öztop Ağdaş rayonuna səfər edib. Səfər zamanı diplomat bir neçə mədəniyyət müəssisəsinə də baş çəkib.

Baş konsul Ağdaş rayon Heydər Əliyev Mərkəzinin ekspozisiyası ilə tanış olub. Rayon Mədəniyyət Mərkəzinin rəssamı Məlahət İsmayıl qonağa rəsm əsəri hədiyyə edib.

Tarix-Diyarşünaslıq Muzeyində olan diplomata rayonun tarixi, mədəniyyəti, təbiəti və s. haqqında ətraflı məlumat verilib.

Diplomat Ağdaş şəhər Habil Əliyev adına 1 nömrəli Uşaq musiqi məktəbinin fəaliyyəti ilə də tanış olub, məktəbin müəllim və şagirdlərinin ifasında təqdim edilən konsert proqramını dinləyib.