Azərbaycan

 

9 fevral 1909 – Əməkdar artist, müğənni Cahan Rza qızı Talışinskaya (1909 – 1.3.1967) Lənkəranda anadan olub. Musiqili Komediya Teatrında işləyib.

9 fevral 1924 – Xalq rəssamı, heykəltaraş Mirələsgər Mirəsədulla oğlu Mirqasımov (1924 – 9.11.2003) Bakı şəhərində anadan olub. C.Məmmədquluzadənin (Naxçıvan), C.Cabbarlının (Bakı) monumental abidələrinin müəllifidir.

9 fevral 1925 – Əməkdar artist, müğənni Rəhilə Mirələsgər qızı Həsənova (1925 – 28.2.2004) anadan olub.

9 fevral 1935 – Xalq rəssamı Cabbar Ağadadaş oğlu Qasımov (1935–2006) Bakıda doğulub. Bədii portretlər, plakatlar çəkib. Rəssamlar İttifaqında plakat bölməsinin rəhbəri olub.

9 fevral 1936 – Əməkdar incəsənət xadimi, bəstəkar Məmməd Mehdi oğlu Quliyev (1936–2001) Göyçayda anadan olub. “Aldanmış kəvakib” satirik operasının müəllifidir.

9 fevral 1937 – Kinorejissor Ramiz Paşa oğlu Əsgərov (1937 – 27.7.1967) anadan olub. “Mən ki gözəl deyildim” filminin çəkilişi zamanı həlak olub.

9 fevral 1946 – Əməkdar artist Əsgər Məmmədoğlu (1946 – 21.12.2015) Bakıda anadan olub. Milli Dram Teatrında çalışıb, filmlərdə, televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.

9 fevral 2012 – Prezident İlham Əliyev görkəmli şair Əhməd Cavadın 120 illik yubileyi haqqında sərəncam imzalayıb.

 

10 fevral 1918 – Yazıçı Cəmşid Cabbar oğlu Əmirov (1918 - 29.12.1982) Naxçıvan şəhərində anadan olub. Detektiv əsərlərin müəllifidir: “Brilyant məsələsi”, “Sahil əməliyyatı” (əsər əsasında “İstintaq davam edir” filmi çəkilib) və s. 

10 fevral 1927 – Ədəbiyyatşünas, Əməkdar elm xadimi Cahangir Vahid oğlu Qəhrəmanov (1927–1995) Qəbələdə doğulub.

10 fevral 1928 – Əməkdar artist, vokalçı Cavanşir Qafarağa oğlu Qafarov (1928–1994) Gədəbəydə anadan olub. Opera və Balet Teatrında çalışıb.

10 fevral 1931 – Tanınmış müğənni Anatollu Mirzə Heydər oğlu Qəniyev (1931 – 1.10.1985) Neftçala rayonunda doğulub. Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.

10 fevral 2021 – Əməkdar artist, aktyor Əlican Süleyman oğlu Əzizov (13.2.1952 – 2021) vəfat edib.

 

11 fevral 1914 – Xalq artisti Rəmziyyə Osman qızı Veysəlova (1914 – 23.8.1993) Bakıda doğulub. Gəncə Dövlət Dram Teatrının aktrisası olub.

11 fevral 1920 – Ədəbiyyatşünas, AMEA-nın müxbir üzvü Əziz Mirfeyzulla oğlu Mirəhmədov (1920–2003) Bakıda anadan olub.

11 fevral 1929 – Tarixçi alim, Əməkdar elm xadimi Tofiq Qasım oğlu Köçərli (1929 – 31.10.2007) anadan olub.

11 fevral 1930 – Mədəniyyət xadimi, Prezident təqaüdçüsü Gülara Cəfər qızı Cabbarlı (1930–2018) Bakıda anadan olub. C.Cabbarlının Bakıdakı ev-muzeyinin direktoru işləyib.

11 fevral 1950 – Tanınmış pianoçu, bəstəkar Cahangir Mürsəl oğlu Qarayev (1950 – 15.1.2013) Bakıda anadan olub. Fortepiano üçün əsərlərin müəllifdir. Bakı Musiqi Akademiyasında dərs deyib.

11 fevral 1981 – Xalq artisti, görkəmli teatr və kino aktyoru Möhsün Sənani (Möhsün Sadıq oğlu Cəfərov; 19.6.1900 – 1981) vəfat edib.

 

11 fevral 2012 – Xalq artisti, bəstəkar Elza İmaməddin qızı İbrahimova (10.1.1938 – 2012) vəfat edib. Populyar mahnıların müəllifidir.

 

12 fevral 1911 – Məşhur tarzən, Xalq artisti Bəhram Məşədi Süleyman bəy oğlu Mənsurov (1911 – 14.5.1985) Bakıda doğulub. 1932-ci ildən Dövlət Opera və Balet Teatrının solisti və konsertmeysteri olub.

12 fevral 1912 – Memar, AMEA-nın müxbir üzvü Ənvər Əli oğlu Qasımzadə (1912 – 12.3.1969) anadan olub.

12 fevral 1921 – Məşhur aktyor Əbülhəsən Anaplı (Məmmədov; 1894–1921) vəfat edib. Hacıbəyli qardaşlarının teatr truppasının aparıcı artistlərindən olub.

12 fevral 1923 – Şair, dramaturq İslam Əhməd oğlu Səfərli (1923 – 6.11.1974) Naxçıvan MR-nin Babək rayonunun Şəkərabad kəndində doğulub. “Göz həkimi”, “Ana ürəyi” və s. pyeslərin müəllifidir. Şeirlərinə mahnılar bəstələnib.

12 fevral 1925 – Filosof, Əməkdar elm xadimi, professor Adil Yusif oğlu Nəcəfov (1925 – 1989) anadan olub.

12 fevral 1933 – Əməkdar rəssam, heykəltaraş, Elmira Mehralı qızı Hüseynova (1933 – 23.1.1995) anadan olub. Həsən bəy Zərdabi (Bakı), Cəfər Cabbarlı (Sumqayıt) və başqa görkəmli şəxslərin abidələrinin müəllifidir.

12 fevral 1933 – Əməkdar artist, xanəndə Mais Qurban oğlu Salmanov (1933 – 25.7.2008) Şəmkir rayonunun Morul kəndində doğulub. Opera və Balet Teatrının solisti olub.

 

13 fevral 1898 – Xalq artisti Viktor Petroviç Şarlaxov (1898–1989) anadan olub. Dövlət Rus Dram Teatrının aktyoru olub, Dövlət mükafatına layiq görülüb.

13 fevral 1927 – Xalq artisti Roza Heydər qızı Cəfərxanova (1927 – 18.5.2010) Naxçıvan MR Ordubad rayonunda doğulub. Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktrisası olub.

13 fevral 1946 – Xalq artisti Əliabbas Gülabbas oğlu Qədirov (1946 – 8.3.2006) Bakıda anadan olub. Akademik Milli Dram Teatrında çalışıb, teatra rəhbərlik (2002–2006) edib. Kinoda yaddaqalan obrazlar yaradıb, Dövlət mükafatına (“Sevinc buxtası” – Nazim, 1978) layiq görülüb.

13 fevral 1946 – Əməkdar incəsənət xadimi, kinorejissor Cəmil Əliqulu oğlu Fərəcov (1946 – 1.8.2023) anadan olub. “Azərbaycanfilm” kinostudiyasında çalışıb. Sənədli filmlər, “Mozalan” kinojurnalı üçün süjetlər çəkib.

13 fevral 1948 – Xalq artisti, xanəndə Sabir Məhərrəm oğlu Əliyev (1948 – 22.12.2020) Cəlilabad rayonunda anadan olub. 1968-ci ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında solist-vokalçı kimi çalışıb.

13 fevral 1952 – Tanınmış aktyor Şahmar Qərib oğlu Qəribli (1952–2018) anadan olub. Sumqayıt Dövlət Dram Teatrında çalışıb, filmlərdə çəkilib, tamaşalara quruluş verib.

13 fevral 2009 – Xalq şairi, dramaturq, ədəbiyyatşünas, akademik, Dövlət mükafatları laureatı  Bəxtiyar Mahmud oğlu Vahabzadə (16.8.1925 – 2009) vəfat edib. 20-dək poemanın, 10 dram əsərinin (“Vicdan”, “Yollara iz düşür”, “Özümüzü kəsən qılınc” və s.) müəllifidir. 

13 fevral 2014 – Prezident İlham Əliyev Xalq artisti Lütfəli Abdullayevin 100 illik yubileyi haqqında sərəncam imzalayıb.

13 fevral 2022 – Əməkdar incəsənət xadimi, yazıçı-jurnalist Əfqan (Hacıağa oğlu Əsgərov; 23.9.1929 – 2022) vəfat edib.

 

Dünya

 

9 fevral 1874 – Alman əsilli rus rejissoru, aktyor, teatr xadimi Vsevolod Meyerhold (Karl Kasimir Theodor Meyerhold; 1874–1940) anadan olub.

9 fevral 1881 – Rus yazıçısı Fyodor Mixayloviç Dostoyevski (11.11.1821 – 1881) vəfat edib. “Alçaldılmış və təhqir olunmuşlar”, “Cinayət və cəza”, “İdiot”, “Şeytanlar”, “Yeniyetmə”, “Karamazov qardaşları” və s. romanların müəllifidir.

 

10 fevral 1890 – Rus şairi və yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1958) Boris Leonidoviç Pasternak (1890–1960) anadan olub.

10 fevral 1898 – Alman dramaturqu, rejissor və teatr nəzəriyyəçisi Bertold Brext (Eugen Berthold Friedrich Brecht; 1898–1956) anadan olub.

 

11 fevral 1900 – Alman filosofu Hans-Georq Qadamer (Hans-Georg Gadamer; 1900-2002) anadan olub.

 

12 fevral 1865 – Polyak şairi, yazıçı və dramaturq Kazimej Pşerva-Tetmayer (1865-1940) anadan olub.

12 fevral 1881 – Məşhur balerina, SSRİ Xalq artisti Anna Pavlovna Pavlova (1881–1931) anadan olub.

 

13 fevral 1873 – Rus opera müğənnisi Fyodor İvanoviç Şalyapin (1873–1938) anadan olub. 1921-ci ildə mühacirətə gedib, Parisdə vəfat edib.

13 fevral 1883 – Rus aktyoru və rejissoru, teatr xadimi Yevgeni Baqrationoviç Vaxtanqov (1883–1922) Vladiqafqazda doğulub.

13 fevral 1903 – Detektiv romanlar müəllifi, Belçika əsilli fransız yazıçısı Jorj Simenon (Georges Joseph Christian Simenon; 1903-1989) anadan olub.

Hazırladı: V.Orxan