Fevralın 10-da görkəmli səhnə xadimi, Xalq artisti Firəngiz Şərifovanın 100 illiyi ilə əlaqədar Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında tədbir keçiriləcək.

Teatrdan verilən məlumata görə, xatirə gecəsində sənətkarın zəngin yaradıcılıq yoluna nəzər salınacaq, zaman-zaman onunla bir səhnəni paylaşmış sənətkarlar xatirələrini bölüşəcəklər.

Xatirə gecəsində teatrın repertuarındakı maraqlı səhnə işlərindən “Dəli yığıncağı” tamaşası da göstəriləcək.