Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası “Musiqi yolu” layihəsinə başlayır. Filarmoniyadan bildirilib ki, layihə “Gəncə Dövlət Filarmoniyasından salamlar” və “Gəncə Dövlət Filarmoniyasına salamlar” sloqanları ilə gerçəkləşəcək.

Məqsəd paytaxt Bakıda, Gəncə və digər regionların mədəniyyət müəssisələrində fəaliyyət göstərən musiqiçilər arasında sənət mübadiləsi yaratmaq, bu sahənin inkişafına töhfə verməkdir.

“Musiqi yolu”na sosial şəbəkələr vasitəsilə ölkəmizin regionlarından ifaçılar qoşulacaqlar. Layihə həmçinin yaradıcı insanların tanınmasında rol oynayacaq.