Şəmkir rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsi dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494–1556) 530 illiyi münasibətilə “Könül mülkünün sultanı – Məhəmməd Füzuli” başlığı altında tədbir təşkil edib.

Çıxışlarda Məhəmməd Füzulinin Аzərbаycаn ədəbiyyatının inkişаfınа verdiyi mühüm töhfələrdən danışılıb. Onun təkcə Azərbaycan ədəbiyyatının deyil, Şərq хаlqlаrının ədəbi irsinin zənginləşməsində mühüm rol oynadığı diqqətə çatdırılıb. Bildirilib ki, Füzuli zəngin yаrаdıcılığı ilə öz xalqının malik olduğu böyük ədəbi-bədii mirasdan ilhamlanıb. Şairin lirikasının əsl qüvvət və qüdrət mənbəyi xalqdır, həyatdır.

Sonda sərgiyə baxış olub.

Nurəddin