Sabirabaddakı “Hophopnamə” kitab mərkəzində detektiv yazıçı Elxan Elatlı ilə görüş keçirilib.

Mil-Muğan RMİ-nin rəisi Faiq Xudanlı dəvəti qəbul edib oxucularla görüşə gəldiyi üçün yazıçıya təşəkkürünü bildirib. Qeyd edib ki, görüş ideyası gənclərin yazıçının yaradıcılığına olan marağından yaranıb.

Tədbirin moderatoru Ağalar Ağammədov Elxan Elatlının həyat və yaradıcılığı barədə məlumat verib. Yazıçı oxucularla görüşdən məmnunluğunu bildirib, əsərləri haqqında söz açıb.

Qarşılıqlı dialoq şəklində keçən tədbirdə yazıçı oxucuları maraqlandıran sualları cavablandırıb, kitablarını imzalayaraq onlara təqdim edib.

Sonda qonağa Mil-Muğan RMİ tərəfindən hədiyyə təqdim edilib, xatirə şəkli çəkdirilib.

Nurəddin