Quba-Xaçmaz RMİ-nin tabeliyindəki Quba rayon MKS-nin Mərkəzi Kitabxanasının Uşaq şöbəsi tərəfindən Quba şəhər “Günəş” körpələr evi-uşaq bağçasında görkəmli yazıçı-dramaturq, naşir Cəlil Məmmədquluzadənin (1869–1932) 155 illiyi ilə əlaqədar “Hekayələr” kitabının ucadan oxusu keçirilib.

Tədbirdə kitabxana əməkdaşları, bağçanın müəllim və tərbiyəçiləri, körpə fidanlar iştirak ediblər. Çıxışlarda mütaliənin əhəmiyyəti qeyd olunub. Bildirilib ki, kitab oxumaq dünyagörüşümüzü genişləndirir, bizə yeni fikirlər, məlumatlar qazandırır.

Daha sonra balacalara Cəlil Məmmədquluzadənin “Quzu”, “İki alma” hekayələri oxunub. Uşaqlar onlara verilmiş sualları cavablandırıblar.

Nurəddin