Şuşa Dövlət Musiqili Dram Teatrı premyeraya hazırlaşır. Yaradıcı heyət bu dəfə Xalq yazıçısı Elçinin absurd teatr ənənəsinin davamı kimi səciyyələndirilən “Şekspir” əsərinə müraciət edib.

Tamaşaya teatrın baş rejissoru Əməkdar artist Loğman Kərimov quruluş verib. Quruluşçu rəssam Valeh Məmmədov, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.

Rolları Əməkdar artist Nazir Rüstəmov (İ.V.Stalin), Emin Sevdiməliyev (Baş həkim), Sevinc Ağayeva (Həkim), Vüsal Məmmədov (Sanitar), Orxan Abışov (Drob 13), Püstəxanım Zeynalova (Sara Bernar), Mobil Qurbanov (Veneralı), Zəhra Salayeva (Ər-arvad) ifa edirlər.

Əsərdə hadisələr ruhi-əsəb dispanserində baş verir. Cəmiyyətin dəli və ağıllı kəsimi bir daha üz-üzə qoyulur. Yazıçı əsərin kulminasiyasında ağıllı-dəli münasibətləri tendensiyasının təzahürünə yeni aspektdən yanaşıb.