Masallı rayon Heydər Əliyev Mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzi Masallı bölməsinin təşkilatçılığı və “Ziyalı” tədris mərkəzinin tərəfdaşlığı ilə gənclər üçün təlim keçirilib.

“Sağlam gənclik, sağlam gələcək” layihəsi çərçivəsində gerçəkləşən təlimin əvvəlində Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, “Ziyalı” tədris mərkəzinin direktoru Könül Şahmarova gəncləri salamlayıb, layihənin gənclərin şəxsi inkişafında xüsusi yeri olduğunu vurğulayıblar.

Təlimçi Orxan Əliyevin iştirakı ilə “İnsan hüquqları üzrə təhsil”, “Stereotiplər və ön mühakimələr” kimi mövzulardan danışılıb, gənclər qrup işləri icra edərək müzakirələr aparıblar.