Şirvan-Salyan RMİ və Şirvan-Salyan RTİ-nin birgə təşkilatçılığı ilə Şirvan şəhər 4 nömrəli “Qərənfil” uşaq bağçası-körpələr evində “Beynəlxalq Kitab Bağışlama Günü”nə (14 fevral) həsr olunan tədbir keçirilib.

Şirvan-Salyan RMİ-nin rəisi Şahin Şahbazov, RTİ-nin rəisi Sənan Mənsimli, Şirvan-Salyan RGİİ-nin rəisi Aydın Yusifov tədbirdə iştirak ediblər.

Çıxışlarda bu cür tədbirlərin uşaqların gələcəyi üçün əhəmiyyətini qeyd ediblər. Bildirilib ki, erkən yaşlarından uşaqlara mütaliə vərdişi aşılamaq qalib xalqın qalib vətəndaşlarının intellektual səviyyələrinin artırılmasına, onların vətənpərvər ruhda böyüməsinə köməklik edir.

Tədbirdə Şirvan şəhər Mərkəzi Kitabxanası Uşaq şöbəsinin əməkdaşları azyaşlılara nağıllar oxuyub, kitablar bağışlayıblar.

Uşaq bağçası fidanlarının ifasında Şarl Perronun “Qırmızıpapaq” nağılı əsasında hazırlanan səhnəcik maraqla qarşılanıb.

N.Məmmədli