Mədəniyyət Nazirliyinin dəstəyi ilə "AzerNyuMedia" şirkətinin hər həftənin şənbə və bazar günləri "Real FM"də təqdim etdiyi "Cinema Radio" kanalının V “Müasir audiovizual baxış” mükafatının təqdimetmə mərasimi keçirilib.

Martın 12-də təşkil olunan tədbirdə kanalın rəhbəri Kamran Qasımov və aparıcısı, eləcə də redaktoru RJ Yaqut ənənəvi mükafatın builki qalibini elan edib. Bu dəfə 44 günlük Vətən müharibəsi mövzusunda “Mən buradayam, İlahi!” tammetrajlı bədii, “Hasar” qısametrajlı bədii filmlərinin quruluşçu rejissoru Qulu Əsgərov mükafata layiq görülüb.

Təqdimat mərasimində rok ifaçısı Vüsal Rzasoyun təqdimatında Azərbaycan filmlərindən musiqilər səslənib.

Qeyd edək ki, “Cinema Radio” kanalı 2019-cu ildə fəaliyyətə başlayıb. 2019–2022-ci illərdə "Avto FM"də, 2022-ci ildən isə "Real FM"də yayımlanır.

Kanalın “Müasir audiovizual baxış” mükafatı 2019-cu ildən təqdim olunur.