Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası və  “Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti” İctimai Birliyinin birgə təşkilatçılığı ilə yazar qadınların əsərlərindən ibarət “60 çiçək – bir çələng” adlı ədəbi almanax nəşr edilib.

Kitabda 60 xanım yazarın hekayə, şeir, esse, əfsanə, mənsur şeir, qəzəl, poemadan parça, nağıl, xatirələr və s. nümunələr yer alıb.

Almanaxın “ön söz” müəllifi yazıçı, publisist, “Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti” İB-nin sədri Nüşabə Məmmədlidir.