Mingəçevir Dövlət Dram Teatrı tərəfindən 1-6 aprel tarixlərində tanınmış teatr və kino aktyoru, Xalq artisti Valeh Kərimovun 80 illik yubileyi münasibətilə silsilə tədbirlər keçirilib.

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin (RMİ) dəstəyi ilə keçirilən həftə çərçivəsində aprelin 1-də Ağdaş rayon Heydər Əliyev Mərkəzində “Subaylarınızdan görəsiniz” komediyası nümayiş etdirilib.

Tamaşadan əvvəl Mərkəzi Aran RMİ tərəfindən sənətkara fəxri fərman təqdim edilib.

İsi Məlikzadənin “Subaylarınızdan görəsiniz” komediyası əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Valeh Kərimovdur.