AMEA Nəsimi adına Dilçilik İnstitutu və Bakı Avrasiya Universitetinin birgə təşkilatçılığı ilə mayın 17-də “Məhəmməd Əmin Rəsulzadə: dil, ədəbiyyat və tarix məsələləri” adlı Respublika simpoziumu keçiriləcək.

Görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadənin (1884–1955) anadan olmasının 140 illiyi münasibətilə təşkil olunan simpozium Bakı Avrasiya Universitetində gerçəkləşəcək.

Konfransda “Məhəmməd Əmin Rəsulzadə və ana dili məsələləri”, “Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan ədəbiyyatı məsələləri” və “Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan tarixi məsələləri” mövzulu üç bölmə üzrə məruzələr dinləniləcək.

Məruzələrin toplu şəklində nəşr olunması nəzərdə tutulur.