Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası 109 nömrəli tam orta məktəbdə “Gəncliyin məhvi – narkomaniya” adlı maarifləndirici söhbət keçirib.

Söhbət zamanı bu gün bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, mənəvi və əxlaqi dəyərlərə böyük zərbə vuran narkomaniyanın müasir dövrün ən ağrılı problemlərindən biri olduğu vurğulanıb.

Həmçinin narkomaniyaya səbəb olan amillər, onun ağır fəsadları, bu bəladan xilas yolları və narkomaniya ilə mübarizədə təbliğat-təşviqat aksiyalarının vacibliyi qeyd edilib. Bildirilib ki, ailə və ətraf mühitin bu bəşəri bəlaya məsuliyyətli yanaşması zəruridir.