Masallı rayon Mərkəzi Kitabxanasında “100 il oxucuların xidmətində” adlı tədbir keçirilib.

Əvvəlcə iştirakçılar kitabxananın həyətində təşkil edilmiş kitab və rəsm sərgisinə baxıblar.

Tədbirin aparıcıları Aygül Mirzəzadə və Günay Xəlilova kitabxananın 100 illik fəaliyyəti haqqında iştirakçılara məlumat veriblər.

Lənkəran-Astara RMİ-nin rəisi Bəxtiyar Qılıncov və digər çıxış edənlər Azərbaycanda, eləcə də Masallıda kitabxana ənənələrinin qədimliyindən danışıb, mütaliənin vacibliyini vurğulayıblar.

Mədəniyyət mərkəzinin solistləri, “Həcər” folklor kollektivi, onbirillik İncəsənət məktəbinin müəllim və şagirdləri, Masallı şəhər 3 saylı körpələr evi-uşaq bağçasının balaca fidanları və Masallı Dövlət Regional Kollecinin tələbələrinin ifasında şeir və mahnılar səsləndirilib.

Sonda bir qrup mədəniyyət işçisinə və oxuculara fəxri fərman və təşəkkürnamələr təqdim olunub.

Nurəddin