Şəhidlər haqqında kitab təqdim olunub

 

Lerik rayon Mədəniyyət Mərkəzində Əməkdar jurnalist İlqar Rüstəmovun şəhidlərimizin əziz xatirəsinə həsr etdiyi “Sizi kim unudar...” kitabının təqdimatı keçirilib.

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Lerik rayon Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov müəllif və kitab haqqında qısa məlumat verib.

Rayonun icra başçısı Əkbər Abbasov Zəfər tariximizi yazan igid əsgər və zabitlərimizin döyüş yoluna həsr olunmuş nəşri gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi istiqamətində önəmli rol oynayacağını bildirib.

Digər çıxış edənlər “Sizi kim unudar...” kitabını yüksək qiymətləndiriblər.

İlqar Rüstəmov kitabı imzalayaraq şəhid ailələrinə və oxuculara təqdim edib.

N.Məmmədli