Bu yaxınlarda Avropa İttifaqının kitab mağazasının elektron kitabxanasının təqdimatı keçirilib. Elektron kitabxanada Avropa İttifaqında 1952-ci ildən bəri nəşr edilmiş 110 mindən artıq nəşrin elektron versiyası yerləşdirilib. 
   
   Oktyabrın 16-da Frankfurt Kitab Yarmarkasında Avropa İttifaqı təsisatlarının, nümayəndəliklərinin və başqa qurumlarının 1952-ci ildən bəri çap edilən bu nəşrlər Aİ ilə maraqlanan hər kəs üçün faydalıdır. Oxucular www.bookshop.eu saytına daxil olmaqla kitabxanadan istifadə edə bilərlər. Elektron kitabxana oxuculara Avropa İttifaqının 12 milyon səhifəlik nəşrləri ilə ödənişsiz tanışlıq imkanı verir. Bundan başqa ünvanda kitabxana ilə ətraflı tanışlıq üçün bir sıra bölmələr yerləşdirilib. Yeniliklər bölməsində deyilir ki, Aİ elektron kitabxanası vətəndaşlar, jurnalistlər, təhsil mütəxəssisləri, tələbələr, kitabxanaçılar, naşirlər və eləcə də Avropa ilə maraqlanan hər kəs üçün qiymətli informasiya mənbəyidir. Çap edilmiş nüsxələrin sifariş vermək imkanları da daxil olmaqla nəşrlərin elektron versiyası 50 xarici dildədir.
   Çap məhsulları qurumun Nəşrlər ofisi tərəfindən hazırlanır. 1952-ci ildən bəri qorunan arxivlər isə Avropa tarixinin əsl xəzinəsidir. Belə ki, oxucular ən müxtəlif mövzularda olan nəşrlərin toplandığı elektron kitabxana vasitəsilə günün virtual məlumatlarını görə bilərlər. 2007-ci ildə nəşrlər xidməti nəşrləri PDF variantında verirlər. Belə olduqda oxucular naşirlərdən arxivlərdə ehtiyac hiss olunan nəşrlərin yenidən bərpasını xahiş edirlər. Onlara elə yüksək tələbat yaranır ki, 6 ay ərzində xidmət tamamilə təmin olunur. Nəticədə- iki ildən sonra elektron kitabxananın 14 milyon səhifədən çox elektronlaşdırılmış PDF variantları ictimaiyyətin ödənişsiz istifadəsinə imkan verir. İctimai reaksiya müsbətdir. Bunu isə rəqəmlər təsdiqləyir: 2008-ci ildə ümumi PDF yükləmələri 65 min olubsa, 2009-cu ilin bir ayında müddətində 230 mini ötüb keçəcəyi gözlənilir.
   Sözügedən nəşrlərə abunələr müxtəlif formalarda həyata keçirilir. Məsələn, qiyməti təyin olunmuş seriyalı nəşrləri ancaq abunə yolu ilə əldə etmək mümkündür. Bu seriyalı nəşrlər gələcəkdə Avropa İttifaqı kitabxanasına tam biblioqrafik təfsilatları ilə inteqrasiya ediləcək. Abunə sifarişi üçün bu nəşrlərin qiyməti, dili, sayı və sərlövhəsi göstərilməlidir. Qeyd olunur ki, sifariş vermək istədiyiniz abunənin dilini seçə və bazarlıq səbətini basa bilərsiniz. Aİ kitabxanasının digər nəşrlərinə gəlincə, siz satış agentini seçirsiniz ki, o da sizi aidiyyəti sifarişlə əlaqələndirsin. Pullu nəşrləri əldə etmək üçün Aİ-nin elektron kitabxanasının veb-saytından kredit kartı ilə istifadə edə bilərsiniz. Kitabxanada kitabın və müəllifin adı, dili və kataloqun nömrəsi, əgər ödənişlidirsə, qiyməti göstərilir. Ödənişsiz nəşrlər PDF formasında yerləşdirilib ki, onlarla veb-sayta sifariş verməklə tanış olmaq mümkündür.
   Yeni nəşrlər isə hər gün əlavə edilir. Multliqvizm üzrə ali komissar Leonard Orbanın sözlərinə görə, elektron kitabxana başlanğıcdan Avropa İttifaqının yaddaşını kağıza bağlamaqla onu bu yükdən azad edib: «23 rəsmi dildə olan milyonlarla səhifənin indi hər kəsə uyğun ola bilməsi Avropa İttifaqının uzunmüddətli öhdəliyini qorunmasını və İttifaqın tarixinin öz linqivistiq müxtəlifliyində həvəsləndirilməsini nümayiş etdirir»
   Narkotik maddələrə və narkomaniyaya qarşı Avropa Monitorinq Mərkəzinin nəşrləri də maraq doğurur. Bu nəşrlərdə oxucular Aİ-nin narkomaniya agentliyinin illik məruzəsi əsasında toplanmış narkomaniya ilə bağlı son faktları əldə edə bilərlər. Məruzədə 27 üzv dövlətdə narkomaniyanın vəziyyəti ilə bağlı qısa xülasə verilir. Layihənin müddətini və nəticələrin keyfiyyətini nəzərə alaraq, demək olar ki, nəşrlər ofisinin elektron kitabxanası dünyada ən şöhrətpərəst layihələr növünə aiddir.
   2008-ci ilin fevralından 2009-cu ilin sentyabrına qədər 12 milyon səhifənin üzü köçürülüb. Elektron kitabxana Avropa İttifaqı 370 təsisatının birgə müəllifliyi ilə hazırlanıb.
   
   Mehparə