Martın 30-da Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzində növbəti elmi seminar keçirilib. Mərkəzin bölmə müdiri Pakizə Almazovanın qəzetimizə verdiyi məlumata görə, mərkəzin direktoru, fəlsəfə elmləri doktoru Vilayət İsmayılov seminarda giriş sözü söyləyib.
   
   Sonra incəsənət bilikləri şöbəsinin müdiri Polad Zeynalov öz çıxışında Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə Kuba və Meksikaya səfər etmiş nümayəndə heyətinin üzvü kimi öz təəssüratlarını bölüşüb.
   Mərkəzin mədəni irs şöbəsinin müdiri Rasim Nəbioğlu, bölmə müdiri Rüfət Ələkbərov seminarda çıxış ediblər.
   Seminarda mərkəzin direktor müavini, filologiya elmləri doktoru Adilxan Bayramov, bölmə müdiri, rəssam və sənətşünas Rafiq Quliyev, sənətşünaslıq namizədi Zəminə Axundova, fəlsəfə elmləri namizədi Vahid Ömərov, bölmə müdiri Səid Hacıyev və başqaları iştirak ediblər.
   
   FƏXRİYYƏ