Mədəniyyət və Turizm Nazirliyinin tövsiyəsinə uyğun olaraq respublikanın şəhər və kənd musiqi məktəbləri arasında görüşlər keçirilir, birgə konsertlər təşkil edilir. Bu günlərdə Salyan İncəsənət məktəbində Bakı şəhər 11 saylı musiqi məktəbinin şagirdlərinin geniş konserti olub. Müəllimlər və valideynlərin iştirak etdiyi tədbir Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə təşkil olunmuşdu. Tədbirin sonunda 11 saylı məktəbin direktoru Ə.Məmmədov Salyandakı İncəsənət məktəbinə bir neçə not kitabı hədiyyə etdi. Müəllim və şagird kollektivi İncəsənət məktəbindəki şəraitlə yaxından tanış oldular. Müəllimlər arasında fikir mübadiləsi aparıldı. İncəsənət məktəbinin direktoru Paşa Nağıyev belə tədbirlərin əhəmiyyətindən ətraflı danışdı. Sonda şagird və müəllimlər xatirə şəkilləri çəkdirdilər.
   Lətif Zərbəliyev,
   Salyan rayonu