Hacı Zeynalabdin Tağıyevə həsr olunmuş kitab təqdim olundu
   
   Şair, dramaturq, publisist-tədqiqatçı Teyyub Qurbanın növbəti kitabı məşhur Azərbaycan xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevə həsr olunub. Rus dilində işıq üzü görən «Vtoraya jizn» (“İkinci həyat”) adlı kitabın təqdimatı Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında baş tutdu. Kitab müəllifin «Həyat davam edir» pyesinin rus versiyasıdır.
   Təqdimat mərasimində çıxış edən kitabxananın direktoru Fizurə Quliyeva müəllifin yazıçı, şair, publisist kimi yaradıcılığından söz açdı. O, Teyyub Qurbanın Respublika Uşaq Kitabxanasında ədəbiyyat dərnəyinə rəhbərlik etdiyini də nəzərə çatdırdı. Kitabın redaktoru Gülrux Əlibəyli müəllifin öz əsərlində tarix və mədəniyyətimizlə bağlı aktual mövzulara toxunduğunu bildirdi.
   Qeyd edək ki, T.Qurban 1950-ci ildə ədəbi fəaliyyətə başlayıb. Bu illər ərzində onun «Yaşayan ömür», «Dirilik gəmisi», «Dönməzlik» və başqa kitabları nəşr olunub. T.Qurban Rəsul Rza mükafatı laureatıdır.
   
   Gülər