Dünya Mədəniyyətlərarası Dialoq Forumunun əcnəbi iştirakçıları belə bir mötəbər tədbirin Azərbaycanda təşkilinin ölkəmizin beynəlxalq nüfuzunun, Azərbaycanın dünyada sülh, anlaşma və əməkdaşlığa töhfəsi kimi qiymətləndirirlər.
   
   Qambiya hökumətinin sülh səfiri Saka Dibba: «Bu, Azərbaycana ilk səfərimdir. Burada olmağımdan məmnunluq duyuram. Forumun səmərəli olacağına ümid edirəm. Forumda Azərbaycan prezidentinin nitqindən çox təsirləndim. Nitqi dinləyərkən onun mədəniyyətlərarası dialoqa nə dərəcədə siyasi dəstək verdiyini anladım. Forumun davamlı olacağı görünür və layihənin gələcəkdə də keçirilməsini siyasi cəhətdən yüksək qiymətləndirirəm».
   * * *
   “Minilliyin layihəsi”nin Braziliyadakı sədri Roza Aliqria: «Azərbaycana ilk dəfə gəlmişəm. Ölkənizi çox sevdim. Mədəniyyətlərarası dialoqla bağlı müzakirələrdə iştirak etməkdən məmnunam və Dünya Forumunun burada keçirilməsini yüksək qiymətləndirirəm».
   * * *
   İtaliyanın Azərbaycandakı keçmiş səfiri Marqarita Kosta: «Düşünürəm ki, bu layihə Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi önəmin göstəricisidir. Belə layihələr əslində insanları anlamaya yardım edir. Əgər insanı anlayır, duyursansa, artıq ona yardım etmək istəyirsən. Mən də çoxları kimi dünyada dialoqun bərqərar olmasını arzulayıram. Azərbaycanın bu işə böyük töhfəsi var. Forumdan mühüm nəticələr gözləyirəm».