Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün ölkəmizə gəlmiş yüksək səviyyəli qonaqlarla görüşdü.
   İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri nazirlə görüşdə Bakının 2009-cu ildə İslam mədəniyyəti paytaxtı missiyasını uğurla yerinə yetirdiyini qeyd edərək Azərbaycanın bu cür mötəbər tədbirlərin keçirilməsində zəngin təcrübəsi olduğunu vurğuladı.
   Nazir həmçinin Krans Montana Forumunun təsisçisi və sədri Jan Pol Karteron, Tailandın mədəniyyət naziri Nipit İmpokasamput ilə də görüşdü.
   Aprelin 7-də Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Çexiyanın mədəniyyət naziri İrji Besser və Monteneqronun (Çernoqoriya) mədəniyyət naziri Branislav Mikunoviçlə görüşdü. Görüşlərdə Bakı Forumunun əhəmiyyəti vurğulandı, ikitərəfli mədəni əlaqələr müzakirə olundu.