Azərbaycan Bəstəkarlar İttifaqında milli professional musiqimizin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 126-cı ildönümünə həsr edilmiş konfrans keçirilib.
   Tədbirdə çıxış edən Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin yaradıcılığı haqqında məlumat verib. Natiq dahi bəstəkarın irsinə dövlət qayğısından danışıb, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəyi ilə bəstəkarın yaradıcılığını əks etdirən yeni kitabların nəşr edildiyini vurğulayıb.
   Sonra konsert proqramı təqdim olunub. İncəsənət ustalarının ifasında “Koroğlu” operasından, “O olmasın, bu olsun” musiqili komediyasından, “Arşın mal alan” operettasından ariyalar səslənib.